ain.az bildirir, Olay.az saytına əsaslanaraq.
Dayan Kiton vəfat edib
Oskar mükafatlı aktrisa Dayan Kiton 79 yaşında vəfat edib.
OLAY yazır ki, Amerika kinosunun əfsanəsi sayılan Kiton, 1977-ci ildə “Enni Holl” filmindəki rolu ilə “Oskar” mükafatı alaraq dünya şöhrəti qazanıb. O həmçinin “Xaç atası” filmində “Kay Adams” obrazı ilə də yadda qalıb.
Canlandırdığı rollarla yanaşı fərqli geyim tərzi ilə də tanınan aktrisa, Hollivudun ən orijinal simalarından biri olub. Kiton “Reds”, “Marvin’s Room” və “Something’s Gotta Give” kimi filmlərlə də böyük uğur əldə edib.
Aktrisalıqdan əlavə o fotoqraf, rejissor, prodüser kimi də fəaliyyət göstərib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.