AZ

Super Liqa klubunun yeni baş məşqçisi açıqlandı

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Radomir Caloviç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Radomir Caloviçin son iş yeri Sloveniyanın "Maribor" klubu olub. "Kayserispor" isə Markus Gidsolla yollarını ayırıb.

saytlarin hazirlanmasi

Seçilən
6
1
sportal.az

2Mənbələr