Bakı. Trend:
Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisinin adınaaydınlıq gəlib.
Trend xəbər verir ki, SuperLiqa təmsilçisini Radomir Caloviç çalışdıracaq. Bu barədə klubunmətbuat xidməti məlumat yayıb.
Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdətutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Radomir Caloviçin son iş yeri Sloveniyanın"Maribor" klubu olub. "Kayserispor" isə Markus Gidsolla yollarınıayırıb.