AZ

Azərbaycanla oyunda zədələnən Mbappe nə vaxt bərpa olunacaq?

Fransa yığmasının kapitanı və “Real”ın hücumçusu Kilyan Mbappe Azərbaycanla keçirilən 2026-cı il dünya çempionatının seçmə mərhələsi oyununda (3:0) aldığı zədəyə görə milli komandanın düşərgəsini tərk edib.

İdman.biz xəbər verir ki, hücumçu qarşılaşma zamanı sağ topuğundan zədələnib.

Lakin "Marca"nın məlumatına görə, tibbi müayinələr nəticəsində Mbappenin zədəsinin ciddi olmadığı müəyyənləşib.

26 yaşlı futbolçunun gələn həftə məşqlərə qayıdacağı və “Real”ın heyətinə uzun fasilə vermədən qoşulacağı gözlənilir.

İdman.Biz

Seçilən
7
1
idman.biz

2Mənbələr