AZ

Azərbaycan millisinin baqajı Ukrayna ilə qarşılaşmadan öncə itib

Sabah Polşada 2026-cı il il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baqajı yolda itib.

 

Bu barədə polşalı jurnalist Petr Slonka “Telegram” kanalında məlumat yayıb.

 

Azərbaycan yığması Krakov şəhərinə baqajsız gəlib və bu səbəbdən futbolçular Ukrayna ilə oyundan əvvəl məşqlərə vaxtında başlaya bilməyiblər.

 

Qeyd edək ki, hazırda Ukrayna 4 xalla qrupda ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

 

APA

Tarix: 12 Oktyabr 2025, 16:51   
Seçilən
14
18
pravda.az

10Mənbələr