AZ

Avropa İttifaqı bu gündən yeni elektron sərhəd sisteminə keçir

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gündən Avropa İttifaqı (Aİ) ölkələri birliyə üzv olmayan vətəndaşlar üçün Entry/Exit System (EES) adlı yeni rəqəmsal sərhəd nəzarəti sistemini tətbiq etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, EES sistemi səyahətçilərin biometrik məlumatlarını (barmaq izi, üz təsviri), giriş-çıxış tarixlərini və sənəd detallarını avtomatik qeydiyyata alacaq. Gələcək səfərlər zamanı yalnız üztanıma kifayət edəcək.

Yeni sistem 29 ölkədə altı ay ərzində mərhələli şəkildə tətbiq ediləcək və 2026-cı ilin aprelindən pasportlara möhür vurulması ləğv ediləcək.

Sistem sərnişinlərin keçidini sürətləndirməklə yanaşı, qanunsuz qalma və saxta sənəd hallarını da müəyyən etməyə imkan verəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
qafqazinfo.az

2Mənbələr