AZ

Avropa İttifaqı bu gündən yeni elektron sərhəd sisteminə keçir

Bu gündən Avropa İttifaqı (Aİ) ölkələri birliyə üzv olmayan vətəndaşlar üçün Entry/Exit System (EES) adlı yeni rəqəmsal sərhəd nəzarəti sistemini tətbiq etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, EES sistemi səyahətçilərin biometrik məlumatlarını (barmaq izi, üz təsviri), giriş-çıxış tarixlərini və sənəd detallarını avtomatik qeydiyyata alacaq. Gələcək səfərlər zamanı yalnız üztanıma kifayət edəcək

Yeni sistem 29 ölkədə altı ay ərzində mərhələli şəkildə tətbiq ediləcək və 2026-cı ilin aprelindən pasportlara möhür vurulması ləğv ediləcək.

Sistem sərnişinlərin keçidini sürətləndirməklə yanaşı, qanunsuz qalma və saxta sənəd hallarını da müəyyən etməyə imkan verəcək.

"Cebheinfo.az" 

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr