AZ

Stiven Cerrard Şotlandiya klubunun təklifini geri çevirdi

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Stiven Cerrard "Reyncers"in təklifini geri çevirib. Sport24.az "Sky Sports News"a istinadən xəbər verir ki, klub və menecer cümə axşamı və cümə günləri konstruktiv danışıqlar aparıb.

Mənbənin sözlərinə görə, Cerrard rəhbərliklə görüşdən sonra danışıqlardan "Reyncers"ə qayıtmaq fikrini rədd edib. Cerard qarşı tərəfə bildirib ki, onun qayıtması üçün uyğun vaxt deyil.

Qeyd edək ki, ingilis mütəxəssis 2018-2021-ci illərdə "Reyncers"i çalışdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
5
sport24.az

7Mənbələr