AZ

"Biz müki əhalini hədəfə almırıq" - Pakistan XİN

Rəsmi İslamabad Pakistan-Əfqanıstan sərhədindəki hadisələrlə bağlı narahatlığını ifadə edib.

News24.az xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, "Taliban" hökumətinin sərhəd boyunca səbəbsiz atəş açması və basqınları ciddi təxribat kimi qiymətləndirilir:

"Pakistanın cavab zərbələri "Taliban"ın infrastrukturuna yönəlib və Əfqanıstan torpağından fəaliyyət göstərən terror elementlərini zərərsizləşdirməyə xidmət edir".

O qeyd edib ki, Pakistanın müdafiə xarakterli cavabı sülhpərvər əfqan mülki əhalisini hədəf almır: "Taliban" qüvvələrindən fərqli olaraq, biz mülki itkilərin qarşısını almaq üçün son dərəcə ehtiyatlı davranırıq".

XİN rəhbərinin sözlərinə görə, onlar "Taliban" hökumətindən terrorçu elementlərə və himayədarlarına qarşı konkret tədbirlər görülməsini gözləyir.

"Pakistan öz ərazisini, suverenliyini və xalqını qorumaq üçün bütün mümkün tədbirləri görəcək", - Dar vurğulayıb.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.

Seçilən
95
4
news24.az

10Mənbələr