Azərbaycan Basketbol Liqasında 2-ci tura bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.


"Sərhədçi" "Lənkəran"la, "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək.


B qrupunun qarşılaşmaları müvafiq olaraq saat 14:00 və 19:00-da start götürəcək.


Turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.