AZ

“Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

“Cebheinfo.az” xəbər verir ki, reytinqdə 501 klub yer alıb.

Azərbaycan çempionu “Qarabağ” dünya reytinqində 14 pillə irəliləyərək 96-cı sıradan 82-ci yerə yüksəlib.

Digər təmsilçilərimiz “Sabah” 302-ci mövqedən 296-cı yerə yüksəlib. “Araz-Naxçıvan” 355-ci yerdən 391-ci yerə, “Zirə” isə 380-ci yerdən 407-ci mövqeyə düşüb.

Qeyd edək ki, siyahıya PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin, “Real Madrid”, “İnter”, “Çelsi” və “Barselona” yer alırlar.

“Cebheinfo.az”

Seçilən
30
4
cebheinfo.az

10Mənbələr