BAKI, 12 oktyabr. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilyan Mbappenin məşqlərə başlayacağı tarix açıqlanıb.
Teleqraf “Marca” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu klubunda gələn həftə məşqlərə start verəcək.
O, DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 13-də səfərdə keçiriləcək İslandiya ilə oyunda komandaya kömək edə bilməyəcəyi üçün milli komandanın düşərgəsini tərk edib. Kapitanın zədəsinin ciddi olmadığı bildirilir.
Xatırladaq ki, Kilyan Mbappe oktyabrın 10-da Parisdə Azərbaycan üzərində 3:0 hesablı qələbə qazandıqları oyunda sağ topuğundan zədələnib. O, görüşün 83-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “Real Madrid” oktyabrın 19-də La Liqada “Getafe” ilə qarşılaşacaq.