AZ

"Qarabağ" dünya reytinqində daha 14 pillə irəliləyib

"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib.Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb.

"Sabah" (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.

"Araz-Naxçıvan" (66.5) 355-dən 391-ə, "Zirə" (65.5) isə 380-dən 407-yə düşüb.

501 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 537 xalla liderdir.

Seçilən
10
32
anews.az

10Mənbələr