İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı FICTS-də Arzu Urşanın “Arzunun ardınca” (Following the Dream) filmi “Documentary – Individual Sport” kateqoriyasının qalibi olub.
Apasport.az xəbər verir ki, bu bərədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.
Mehman Kərimov vəfat edib
MDB Oyunlarında bu gün sonuncu mükafatçılar bəlli olacaq
III MDB Oyunlarının medal sıralaması: Azərbaycan ikinci pilləyə yüksəlib
Paralimpiyaçımız Avropa çempionu olub
"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı baş tutacaq