Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə təşkil olunan həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində 1/4 finala vəsiqə qazanan 4 komanda bəlli olub.
Apasport.az xəbər verir ki, D qrupunda “İctimai TV” birinci, “Veteranlar” ikinci yeri tutaraq növbəti mərhələyə adlamağı bacarıb. “Vətən” isə turnirlə vidalaşıb.
A qrupunda isə növbəti mərhələyə “Real TV” və “APA” vəsiqə qazanıb. “Baku WS” isə qrupda üçüncü yeri tutaraq turniri tərk edib.
Qeyd edək ki, 1/4 final oyunları 18 və 19 oktyabr tarixlərində keçiriləcək.
Ayxan Abbasov: “Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə…”
“Turan Tovuz” onu da komandada saxlayacaq - müqaviləsi uzadılacaq
Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu
Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
"Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə edib