AZ

Futbol üzrə Serbiya millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç istefa verib. SİA xəbər verir ki, mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində evdə Albaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra yığmadan ayrıldığını açıqlayıb.

D.Stoykoviç bildirib ki, milli komandanı Andorra ilə qarşıdakı matça köməkçisi Qoran Coroviç çıxaracaq.

Qeyd edək ki, mütəxəssis 2021-ci ilin mart ayından Serbiya seçməsinə başçılıq edirdi.

Seçilən
40
7
sia.az

10Mənbələr