AZ

Sabah Misirdə Qəzza ilə bağlı “Sülh Sammiti” başlanır-Tramp və 20 dövlət iştirak edəcək

Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı zirvə toplantısı keçiriləcək.

Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

“Sülh Sammiti” oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək. Samitə Misir və ABŞ prezidentləri sədrlik edəcək”, – məlumatda deyilir.

Qeyd edilib ki, sammitə 20 ölkənin lideri dəvət olunub.

Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan Donald Trampın iş qrafikində qeyd olunub ki,  ABŞ Prezidenti Qəzzada atəşkəs razılaşmasının imzalanması ilə əlaqədar Misirin Şərm əş-Şeyx şəhərində keçiriləcək mərasimdə də iştirak edəcək.

AzPost.az

Seçilən
32
azpost.info

1Mənbələr