AZ

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 oyun baş tutacaq

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, dörd qrupda səkkiz qarşılaşma baş tutacaq.

G qrupunda yer alan Niderland millisi Finlandiya yığmasını qəbul edəcək. H qrupunda isə Rumıniya Avstriya ilə üz-üzə gələcək.

DÇ-2026
Seçmə mərhələ
12 oktyabr

C qrupu

20:00. Şotlandiya – Belarus
22:45. Danimarka – Yunanıstan

Xal durumu: Danimarka - 7, Şotlandiya - 7, Yunanıstan - 3, Belarus - 0.

G qrupu

20:00. Niderland – Finlandiya
22:45. Litva – Polşa

Xal durumu: Niderland - 13 (5 oyun), Polşa - 10 (5 oyun), Finlandiya - 10 (6 oyun), Litva - 3 (6 oyun), Malta - 2 (6 oyun).

H qrupu

17:00. San Marino – Kipr
22:45. Rumıniya – Avstriya

Xal durumu: Avstriya - 15 (5 oyun), Bosniya və Herseqovina - 13 (6 oyun), Rumıniya - 7 (5 oyun), Kipr - 5 (6 oyun), San Marino - 0 (6 oyun)

L qrupu

20:00. Farer adaları – Çexiya
22:45. Xorvatiya – Cəbəllütariq

Xal durumu: Xorvatiya - 13 (5 oyun), Çexiya - 13 (6 oyun), Farer Adaları - 9 (6 oyun), Monteneqro - 6 (6 oyun), Cəbəllütariq - 0 (5 oyun).

İdman.Biz

Seçilən
9
31
idman.biz

10Mənbələr