AZ

Serbiya yığmasının baş məşqçisi istefa verdi

BAKI, 12 oktyabr. TELEQRAF

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2026-nın seçmə mərhələsində evdə Albaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra istefa verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə 60 yaşlı mütəxəssis “beIN Sports”a müsahibəsində deyib.

“Prezident və baş katiblə danışaraq istefa verdiyimi bildirdim. Bu məğlubiyyəti gözləmirdim. Məsuliyyəti üzərimə götürürəm və nəticəyə görə cavabdehəm.”

Stoykoviç 2021-ci ildən Serbiya yığmasına rəhbərlik edirdi.

Hazırda Albaniya 11 xalla K qrupunda 2-ci, Serbiya isə 7 xalla 3-cü yerdə qərarlaşıb.

Seçilən
21
teleqraf.com

1Mənbələr