AZ

U 20 dünya çempionatı: İspaniya Kolumbiyaya uduzaraq yarımfinala çıxa bilməyib

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

20 yaşadək futbolçular arasında 2025-ci il dünya çempionatında İspaniya ilə Kolumbiya arasında keçirilən 1/4 final oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Çilinin Talko şəhərindəki “Fiskal de Talka” stadionunda keçirilən qarşılaşma Cənubi Amerika komandasının 3:2 hesablı qələbəsi ilə bitib.

38-ci dəqiqədə kolumbiyalı hücumçu Neyser Vilyarreal hesabı açıb. 57-ci dəqiqədə ispaniyalı vinger Rayan Belaid hesabı bərabərləşdirib, cəmi 3 dəqiqə sonra isə ispanların cinah oyunçusu Han Virgili avropalıları hesabda önə keçirib. 65-ci dəqiqədə Vilyarreal dubl edərək pariteti bərpa edib, 89-cu dəqiqədə isə Kolumbiyaya qələbə qazandıran üçüncü qolunu vurub.

Xatırladaq ki, Kolumbiya millisi 1/4 finalda Argentina-Meksika matçının (12 oktyabr) qalibi ilə qarşılaşacaq.

2025-ci il FİFA U-20 Dünya Çempionatı sentyabrın 27-dən oktyabrın 19-dək Çilidə keçirilir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr