BAKI, 12 oktyabr. TELEQRAF
Kamerunun 92 yaşlı prezidenti Paul Biya səkkizinci dəfə prezident seçkilərində namizəd olmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
P.Biya seçkilərdə qalib gəlsə, 100 yaşına çatana qədər ölkəni idarə edəcək. Kamerunda prezident seçkiləri ikinci tur olmadan keçirilir. Qalib 50 faizdən az səs toplasa belə, ən çox səs alan namizəd hesab olunur.