AZ

Ağdamda qəza olub, yaralananlar var

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun rayonun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ-2106" və "Lada-Xəzər" markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
8
anews.az

10Mənbələr