Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ofisi məlumat yayıb.
"Beynəlxalq "Şarm əl-Şeyxdə Sülh Sammiti" 13 oktyabr 2025-ci il, bazar ertəsi günortadan sonra keçiriləcək. Tədbir Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi və ABŞ prezidenti Donald Trampın həmsədrliyi ilə baş tutacaq və 20-dən çox ölkənin liderinin iştirakı ilə keçiriləcək", - ofisin saytında bildirilib.
Qeyd edək ki, Azərbaycan da Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.