AZ

Cüdoçularımız iki qızıl medal qazandılar

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb. İlk yarış günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb.

"Football-plus.az" xəbər verir ki, Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.

Hüseyn Allahyarov (-60 kq) ilə Ülviyyə Bayramova (-57 kq) gümüş medala yiyələniblər.

Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) millimizin aktivinə bürünc medal yazdırıblar.

Qeyd edək ki, açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.

Seçilən
36
18
football-plus.az

10Mənbələr