AZ

3 azyaşlı pomidor turşusundan zəhərləndi

Tovuzda 3 azyaşlı turşudan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri 4 yaşlı İ.Huseynzadə, 5 yaşlı N.Huseynzadə və 6 yaşlı G.Huseynzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Məlumata görə, azyaşlılara yaşadıqları evdə pomidor turşusu yedikdən sonra zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
27
2
unikal.az

10Mənbələr