Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasından mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə yarışında 17 ölkəni təmsil edən gimnastlar mübarizə aparacaqlar.
Noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər qüvvələrini sınayacaqlar.
Avropa çempionatı Gəncə İdman Sarayında baş tutacaq.