AZ

İsrail küçələri Trampın gəlişinə BELƏ hazırlaşır 

Amerika Prezidenti Donald Trampın gəlişi ərəfəsində İsraildə ABŞ bayraqları dalğalanır.

 
Sitat.info xəbər verir ki, bu haqda məlumatı “RT” yayıb.
 
Məlumata görə, Tramp israilli girovları oktyabrın 12 və ya 13-də HƏMAS hərəkatı tərəfindən əsirlikdən azad edildikdən sonra şəxsən salamlamağı planlaşdırır.
 
Amerika lideri həmçinin İsrail Knessetində (parlamentdə) çıxış etməyi düşünür.
 
Qeyd edək ki, oktyabrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Jared Kuşner (Trampın kürəkəni) ilə Qəzza zolağının nizamlanması məsələsini müzakirə etmək üçün görüşüb.
Seçilən
34
49
sitat.info

10Mənbələr