"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Cimmi Nikolson vəfat edib.
Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı şeytanlar"ın mətbuat xidməti yayıb.
O, həyatla 82 yaşında vidalaşıb.
MY akademiyasının yetirməsi olan Nikolson 1960-1964-cü illərdə bu klubda çıxış edib. O, komandanın heyətində 68 oyuna çıxıb və 6 qol vurub. O, karyerasının böyük hissəsini “Haddersfild Taun”da keçirib və eyni zamanda Şimali İrlandiya millisində çıxış edib.