AZ

Meksikada daşqınlarda 28 nəfər öldü

Meksikada şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 28 nəfər ölüb.
 
Sitat.info xəbər verir ki, ölkənin 32 ştatının 31-də güclü yağıntı qeydə alınıb.
 
Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub.
 
Ən çox ziyan Hidalqo ştatına dəyib. Burada 16 nəfərin öldüyü bildirilir. 1000-dən çox evə zərər dəyib, bəzi yerlərdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün vəziyyətə gəlib.
 
Təkcə Puebla ştatında 80 000-ə yaxın insan daşqınlardan ziyan görüb.
 
Meksika ordusu zərərçəkmiş şəsxlərə humanitar yardımların paylanmasına cəlb edilib.
 
Xilasetmə əməliyyatları davam etdirilir.
Seçilən
23
10
sitat.info

10Mənbələr