AZ

Qiymətli kağızlar üzrə ödənişlərin həcmi BİLİNDİ

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə ödənişlərin əsas hissəsini dövlət istiqrazları və Mərkəzi Bankın notları təşkil edib.

Bizim.Media MDM-ə istinadən xəbər verir ki, hesabat dövründə dövlət istiqrazları üzrə ödənişlərin nominal dəyəri 1,802 milyard, kupon ödənişləri isə 365,45 milyon manat təşkil edib.

Dövlət istiqrazlarının ümumi ödənişlərdə payı 66% olub.

Cari ilin ilk 9 ayında Mərkəzi Bankın notları üzrə ödənişlərin nominal həcmi 782,1 milyon manat olub ki, bu da ümumi ödənişlərin 23,8%-ni təşkil edib.

Eyni zamanda hesabat dövründə səhmlər üzrə 200 milyon manat dividend ödənişi həyata keçirilib. Səhmlərin ümumi ödənişlərdə payı 6,1%-ə bərabər olub.

Hesabat dövründə korporativ istiqrazlar üzrə nominal ödənişlər 114,97 milyon manat, kupon ödənişləri isə 20,21 milyon manat təşkil edib. Onların ümumi ödənişlərdəki payı isə 4,1% olub.
 

Dollar ifadəsində isə həyata keçirilən qiymətli kağızlar üzrə ümumi ödənişlərin 67,7%-i dövlət istiqrazlarının, 32,3%-i isə korporativ istiqrazların payına düşüb.


Hesabat dövründə dövlət istiqrazları üzrə 20 milyon ABŞ dolları nominal və 0,3 milyon dollar kupon ödənişi həyata keçirilib. Korporativ istiqrazlar üzrə isə 10 milyon dollar nominal, 32,5 milyon dollar kupon ödənişi həyata keçirilib.

Bizim.Media

Seçilən
9
4
bizim.media

5Mənbələr