AZ

Həkim: “Donald Tramp yaşı ilə müqayisədə 14 il daha gənc ürəyə malikdir”

ABŞ Prezidenti Donald Trampın sağlamlıq vəziyyəti əladır və həyat göstəriciləri yüksəkdir.

Teleqraf xəbər verir ki, bu barədə onun şəxsi terapevti Şon Barbabella məlumat verib.

"Prezident Donald Tramp güclü ürək-damar, ağciyər və nevroloji sistemlərə malikdir və onun fiziki göstəriciləri əladır", - terapevt bildirib.

Barbabellanın sözlərinə görə, Trampın ürək-damar sistemi bütün göstəricilər üzrə real yaşından 14 il daha gənc görünür. Prezidentin sağlamlığı ona məhdudiyyətsiz şəkildə gərgin iş qrafikini davam etdirməyə imkan verir.

Məlumata əsasən, Tramp beynəlxalq səfərlər öncəsi bütün zəruri peyvəndləri də qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
1
olaylar.az

2Mənbələr