AZ

Beynəlxalq qüvvələr oktyabrın 12-də Qəzza zolağına yerləşdiriləcək

Bakı. Trend:

Beynəlxalq qüvvələr oktyabrın 12-də atəşkəsə nəzarət etmək üçünQəzza zolağına yerləşdiriləcək.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziyakanalı Amerika rəsmisinə istinadən xəbər verib.

Onun sözlərinə görə, Amerika hərbçilərinin də daxil olacağı buqüvvələr “atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək”. Ovurğulayıb ki, “Amerika qoşunlarının Qəzzəyə gəlişi bazar günüsəhər baş verəcək”.

ABŞ rəsmisi həmçinin qeyd edib ki, Qəzzada sabitləşdirmə üzrəbeynəlxalq qüvvələrinin missiyası “hümanitar yardımınçatdırılmasının təşkili, əməliyyat məsələləri və təhlükəsizlikdəstəyinin təmin edilməsi vəzifələrinə daxil olan mülki-hərbikoordinasiya mərkəzinin yaradılması” olacaq.

Seçilən
10
1
az.trend.az

2Mənbələr