AZ

Nobel Sülh Mükafatının Trampa verilməməsinəAĞ EVdən REAKSİYA

Ağ Ev ABŞ Prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməməsini siyasi qərar adlandırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp administrasiyasının kommunikasiya direktoru Stiven Çanq bu barədə "X" hesabında yazıb.

 

“Nobel Komitəsi bir daha sübut etdi ki, siyasəti sülhdən üstün tutur”, - deyə o bildirib.

 

Çanq əlavə edib ki, Tramp həyatları xilas etməyə, müharibələri dayandırmağa və sülh sazişləri bağlamağa davam edəcək.

 

Xatırladaq ki, Nobel Komitəsi Sülh Mükafatını “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə” Venesuela müxalifətinin lideri Mariya Korina Maçadaya təqdim edib.

 

Mükafata namizədlər arasında Tramp da olub, lakin bukmekerlər onun şansını cəmi 3% qiymətləndiriblər. Tramp Ağ Evə qayıtdıqdan sonra dəfələrlə bu mükafatı almaq arzusundan danışıb. "New York Post"un məlumatına görə, amerikalı lider bu il mükafatı almağı gözləmirmiş, daha çox növbəti il üçün ümid bəsləyirmiş.

Seçilən
31
senzor.az

1Mənbələr