AZ

Fransız müxalifəti baş nazirə etimadsızlıq səsverməsi elan etməyə hazırlaşır

BAKI, 11 oktyabr. TELEQRAF

Fransada sağ və sol müxalifət partiyalarının liderləri, prezident Emmanuel Makron tərəfindən yenidən baş nazir təyin edilmiş Sebastyan Lekornyuya qarşı etimadsızlıq səsverməsi keçirəcəklərini açıqlayıb.

Teleqraf xəbər verir ki, sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella prezidentin qərarını “pis zarafat, demokratik utanc və fransızlara hörmətsizlik” kimi qiymətləndirib.

Partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Pen hesab edir ki, parlamentin buraxılması hazırda heç vaxt olmadığı qədər qaçılmazdır. Sağ koalisiyaya daxil olan “Respublika üçün Sağlar İttifaqı”nın rəhbəri Erik Siotti isə qısa olaraq bunu etimadsızlıq adlandırıb.

Solçu “Boyun əyməyən Fransa” partiyası isə prezidentin idarəçiliyini rədd və qəzəb üzərində qurulduğunu qeyd edib.

Seçilən
59
teleqraf.com

1Mənbələr