Azərbaycan U-21 yığması Avropa çempionatının seçmə mərhələsində Çexiya milli komandasına 0:5 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra baş məşqçi Rəşad Eyyubov görüşlə bağlı fikirlərini bildirib:

"Belə hesab gözləmirdik. İlk hissədə rəqibin intensiv hücumlarına dözə bilirdik İkinci hissədə isə, xüsusilə 55-ci dəqiqədən sonra bunu bacarmadıq".

Gənc mütəxəssis oyunla bağlı fikirlərinə belə davam edib:

"Oyunçular milliyə gəlir və bizim onları matçlara hazırlamaq üçün 4-5 gün vaxtımız olur. Problem yalnız fiziki durumla bağlı deyil. Sadəcə intensivliyə dözə bilmirik. Amma Çexiyanın futbolçuları 90 dəqiqə eyni tepmdə oynamağa hazırdılar. İlk hissəsinin sonlarında qol buraxdıq. Rəqib nəsə qeyri-adi bir şey etmədi. İlk yarıda epizodlarımız da oldu. İkinci hissə isə bunu edə bilmədik. Məğlubiyyət üçün heç bir səbəbkar axtarmıram, sadəcə reallıq budur”.

Qeyd: Jurnalistlərin Çexiya səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə baş tutub.