AZ

“Netflix” televizorlarda video oyunlara çıxışı təqdim edəcək

BAKI, 11 oktyabr. TELEQRAF

"Netflix" yaxın zamanda öz video oyunlarına televizor vasitəsilə çıxışı təqdim edəcək. Abunəçilər tək və ya dostları ilə oyun oynaya biləcək.

Teleqraf xəbər verir ki, bu, yalnız “Smart TV” funksiyası olan televizorlarda mümkün olacaq.

Şirkətin baş direktorlarından Qreq Piters bildirib ki, bu təşəbbüs "Netflix"in inkişaf strategiyasının əsas addımlarından biridir. Oyun oynamaq üçün abunəçilərə həm "Smart TV", həm də “Roku Inc” kimi uyğun striming cihazları tələb olunacaq.

Oyun zamanı smartfonlar nəzarətçi kimi istifadə olunacaq. Oyunçular smartfonlarını nəzarətçiyə çevirmək üçün QR kodu skan etməli olacaqlar. Televizorda həm tək, həm də dostları ilə qrup şəklində oyun oynamaq mümkün olacaq.

İlk mərhələdə bütün oyunlar Netflix abunəçiləri üçün pulsuz təqdim olunacaq.

Seçilən
41
teleqraf.com

1Mənbələr