AZ

“İstəyirik ki, gələnlər insan kimi yaşasın”

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərindən sonra jurnalistlərə açıqlamasında ölkəsinin xarici işçi qüvvəsinə maraqlı olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Putin sözügedən məsələdə “yaşıl işıq” yandırsa da, bunun müəyyən şərtlərlə mümkün ola biləcəyini vurğulayıb:

“Rusiya, əlbəttə, işçi qüvvəsinə maraqlıdır, amma bu, bizə lazım olan sahələr üzrə olmalıdır. Biz istəyirik ki, gələnlər insan kimi yaşasın, qanun və qaydalarımıza əməl etsin, dilimizi bilsin və qanunlara hörmət edən vətəndaşlar kimi davransınlar”.

O, həmçinin Rusiyada miqrasiya sahəsində bir sıra problemlərin mövcudluğunu da diqqətə çatdırıb:

“Bu sahədə kifayət qədər çətinliklər var və vətəndaşlarımız da tez-tez bu barədə narazılıqlarını bildirirlər. Biz isə ilk növbədə öz vətəndaşlarımızın maraqlarını düşünməliyik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
2
qafqazinfo.az

3Mənbələr