Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü Seymur Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. İlkin ehtimala görə, o, xalası oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.