AZ

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen gələn həftə Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Oktyabrın 13-dən 15-dək davam edəcək səfəri zamanı o, yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşəcək. ATƏT-in fəaliyyətdə olan sədri vətəndaş cəmiyyəti və beyin mərkəzlərinin nümayəndələri ilə də təmaslar quracaq.

Valtonenin Cənubi Qafqaza səfəri zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişlərin, o cümlədən ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturların fəaliyyətinin başa çatdırılması məsələlərinin müzakirəsi planlaşdırılır. ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstanın daxili və xarici çağırışlarına da diqqət ayırmaq niyyətindədir.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
73
editor.az

1Mənbələr