AZ

Metronun daha iki stansiyası arasında interval azaldılacaq

Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılacaq.
 Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətinin rəisi Anar Zamanov deyib.
O qeyd edib ki, daha öncə metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında pik saatlarda qatarların hərəkət intervalı azaldılıb:
“Amma sahənin monitorinqi aparılır və əlavə texniki imkanlar nəzərdən keçirilir. Oradakı intervalı daha da optimalıaşdırmaq üçün addımlar atmaq üzərində işlər gedir. Həmin sahədə pik saatlarda intervalı 10 dəqiqəyə endirmişik. Amma bunun daha aşağı endirilməsi üçün tədbirlər görürük”.
Seçilən
14
14
tribunainfo.az

10Mənbələr