AZ

“Çelsi” Yıldız üçün yeni təklif hazırlayır” − KİV


“Çelsi” “Yuventus”un hücumçusu Kənan Yıldız üçün yeni təklif hazırlayır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, londonlular yayda müqavilə bağlamağa çalışdıqları 20 yaşlı futbolçu üçün yenidən danışıqlara başlamaq niyyətindədirlər:
“Barselona” da vəziyyəti izləyir. Avropa klublarının marağından xəbərdar olan klub Yıldızı özündə saxlamaq istəyir, futbolçunun agenti olan atası ilə yeni müqavilə ilə bağlı danışıqlar davam edir”.
Qeyd edək ki, türkiyəli hücumçu bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 12 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr