AZ

“Çelsi” Yıldız üçün yeni təklif hazırlayır” − KİV

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Çelsi” “Yuventus”un hücumçusu Kənan Yıldız üçün yeni təklif hazırlayır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, londonlular yayda müqavilə bağlamağa çalışdıqları 20 yaşlı futbolçu üçün yenidən danışıqlara başlamaq niyyətindədirlər:

“Barselona” da vəziyyəti izləyir. Avropa klublarının marağından xəbərdar olan klub Yıldızı özündə saxlamaq istəyir, futbolçunun agenti olan atası ilə yeni müqavilə ilə bağlı danışıqlar davam edir”.

Qeyd edək ki, türkiyəli hücumçu bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 12 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Kənan Yıldızın Turin klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr