AZ

Abşeronda qətl hadisəsi baş verib - YENİLƏNİB

Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

12.05

Abşeronda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında Mehdiabad qəsəbəsində "Binəqədi Gənclər Şəhərciyi"ndə baş verib.
Belə ki, 1965-ci il təvəllüdlü kişi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya aparılırarkən yolda ölüb.

Hadisəni törətdən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Seçilən
22
19
apa.az

10Mənbələr