“Azərbaycan yazıçılarının “Nobel” mükafatına layiq əsərləri var. Sadəcə “Nobel” başqa məsələdir. Bunlar siyasi şeylərdir. Gərək başqa cür əsər yazasan, hökumətə, quruluşa söyəsən. Niyə “Nobel” mükafatına layiq əsərlərimiz yoxdur ki? Anar, Kamal Abdulla ala bilər, rəhmətlik Elçin Əfəndiyev də, Sabir Əhmədov da ala bilərdi. Burda nə var ki? İndi “Nobel” mükafatı da bir söz olub. Guya “Nobel” mükafatı verilməsə, Sabir Əhmədov yazıçı deyil, ya Elçin, Anar? Düşük söhbətdir...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
“Gündəmə gətirəcəklər də, indi “Nobel” mükafatı vaxtıdır... Deyəcəklər ki, niyə Azərbaycan yazıçıları mükafat almır? Azərbaycan yazıçısının Avropada piarını təşkil edən var? Bunların hamısı puldur ey. Gərək, əsər dünya dillərində nəşr oluna. Tənqidçilərə rüşvət verəsən ki, kitabını tərifləsinlər, “Ay dədə, qoyma gəldi...” – deputat bildirib.
Aytəkin Qardaşova