AZ

Almaniya Krımın ilhaqından əvvəl Rusiya ordusuna təlim keçib - “Spiegel”

Hələ Krımın ilhaqından əvvəl alman hərbi təlimatçıları ruslara müasir döyüş texnikası öyrədirdilər. Rheinmetall silah şirkəti isə Moskva ilə bir neçə milyon dollarlıq sövdələşməyə ümid edə bilərdi.

Herbiand.az bildirir ki, bu barədə “Spiegel” nəşri yazıb.

Sovet qoşunları çıxarıldıqdan sonra Bundesver tərəfindən Altmarkda yaradılmış döyüş hazırlığı mərkəzi Rusiya hərbi təlimləri üçün nümunə rolunu oynayırdı. Xüsusi tikilmiş mini-şəhərlər, lazer trenajorları və Duel Simulyator sistemi canlı döyüş sursatlarından istifadə etmədən real döyüşləri simulyasiya etməyə imkan verirdi.

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2011-ci ildə Rusiyada, xüsusən Mulinoda müasir döyüş hazırlığı mərkəzləri şəbəkəsinin yaradılması planları hazırlanırdı. Rheinmetall bir milyard avroya qədər avadanlıq və texnologiya tədarük etməli idi. Almaniya hökuməti bəzi rəsmilərin şübhələrinə baxmayaraq, hər iki ölkənin orduları arasında etimadı gücləndirmək ümidi ilə layihəni dəstəkləyib.

Əməkdaşlıq 2014-cü ilə qədər davam etdi. Həmin il Ukraynanın torpağı olan Krımın ilhaqından sonra Almaniya hakimiyyəti bütün tədarükləri dayandırdı və ixrac lisenziyalarını ləğv etdi. Rheinmetall müqavilə bağlanarkən siyasi təzyiqi əsas gətirərək müqavilədən uzaqlaşdı.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
2
herbiand.az

3Mənbələr