AZ

Azad olunmuş ərazilərdə daha 20 ailə üçün özünüməşğulluq çərçivəsində kiçik bizneslər yaradılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizəköçürülmüş sakinlər üçün özünüməşğulluq proqramının icrasını davametdirir.

Trendxəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumatyayıb.

Bildirilib ki, bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilanrayonlarında daha bir qrup sakinə proqram çərçivəsində mal vəmateriallar təqdim edilib.

Verilmiş aktivlər hesabına sakinlər kişi bərbərxanası,avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadıngözəllik salonu, qoyunçuluq, keçiçilik, arıçılıq və s. istiqamətlərüzrə kiçik bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezidentİlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluqproqramı çərçivəsində qurduqları təsərrüfatlarını daimgenişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüşsakinlərdən artıq 500-ə yaxın ailə özünüməşğulluq proqramıçərçivəsində öz təsərrüfatlarını qurub.

Seçilən
24
12
az.trend.az

10Mənbələr