AZ

Xalq artisti NDU-nun fəxri professoru oldu

Naxçıvan Dövlət Universitetində Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi çərçivəsində qədim diyarda konsert proqramı ilə çıxış edəcək heyətlə görüş keçirilib.

Rektor Elbrus İsayev "Şöhrət" və "Şərəf" ordenli professor Mənsum İbrahimovu 65 illik yubileyi münasibətilə təbrik edib, sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. Elbrus İsayev Xalq artistinin dəfələrlə univeritetdə qonaq olduğunu xatırladıb, ali məktəbin Konservatoriyasında ustad dərsləri keçdiyini diqqətə çatdırıb.

Xalq artisti Mənsum İbrahimov görüşdən məmnunluğunu ifadə edib, Naxçıvanla yaradıcılıq əlaqəsini bundan sonra da davam etdirəcəyini bildirib.

Sonda Elbrus İsayev Mənsum İbrahimova “Naxçıvan Dövlət Universitetinin Fəxri professoru” diplomunu təqdim edib.

***

Heydər Əliyev Sarayında Muxtar Respublika sənətsevərlərinə NDU-nun təşkilatçılığı ilə Xalq artisti Mənsum İbrahimovun yubileyinə həsr olunmuş konsert proqramı da təqdim olunub.

Konsertdə dövlət, hökumət rəsmiləri, Ali Məclisin deputatları, şəhid ailələri, qazilər, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyəti iştirak ediblər.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Seçilən
23
xalqqazeti.az

1Mənbələr