AZ

Deputat Ailə Məcəlləsinə dəyişiklikləri dəstəklədi

"Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla, digər hallarda uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyaları komissiyalara həvalə edildi. Bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsi ilə bağlı əlaqələndirmə mexanizminin gücləndirilməsi baxımından çox əhəmiyyətlidir".

Redaktor.az xəbər verir ki, bunu deputat Günay Ağamalı parlamentdə çıxışı zamanı bildirdi.

"Bu gün təqdim edilən layihə həmin qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb və ondan irəli gələrək qeyd olunan məcəllə və qanunlarda uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli əlavə və dəyişikliklər təklif olunur", - o əlavə etdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
44
1
redaktor.az

2Mənbələr