AZ

Əliyev-Putin görüşü Milli Məclisdə müzakirə OLUNDU

“Prezident İlham Əliyev diplomatiyada xalqımızın iradəsini mükəmməl şəkildə təmsil edir”.

News24.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc Prezident İlham Əliyevin xarici siyasətdəki fəaliyyətindən danışarkən deyib.

Deputat qeyd edib ki, dövlət başçısı Azərbaycan xalqının iradəsini diplomatiya meydanında son dərəcə mükəmməl şəkildə ifadə edir və ölkənin maraqlarını qətiyyətlə müdafiə edir.

“Onun Düşənbədə keçirilən görüşü də bu baxımdan mühüm hadisə idi. Bu görüş Azərbaycanın növbəti siyasi uğurudur", – deyə Zahid Oruc vurğulayıb.

Deputat həmçinin Rusiya Prezidenti Vladimir Putinin AZAL təyyarəsinin vurulması hadisəsi ilə bağlı məsul şəxslərin cəzalandırılacağı barədə bəyanatını da önəmli addım kimi qiymətləndirib:

“Putin açıq şəkildə bildirdi ki, AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan hər kəs cəzalandırılacaq. Bu, Azərbaycanın mövqeyinə və dövlət başçımızın qətiyyətli siyasətinə hörmətin göstəricisidir”.

Zahid Orucun sözlərinə görə, Azərbaycanın diplomatik qələbələri regionda sabitlik və ədalətin bərqərar olması istiqamətində mühüm mərhələ təşkil edir.

Aqil Qarayev


Seçilən
62
news24.az

1Mənbələr