AZ

Almaniya Qəzzaya humanitar yardım üçün 29 milyon avro ayıracaq

Almaniya Qəzza zolağına humanitar yardım üçün 29 milyon avro (34 milyon dollar) ayıracaq.

Bu barədə Almaniya Kansleri Fridrix Merts "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz humanitar yardım üçün 29 milyon avro ayırırıq. Misir ilə birgə Qəzzanın bərpası üzrə konfrans keçirməyi planlaşdırırıq", - F.Merts yazıb.

Kansler, həmçinin vurğulayıb ki, Almaniya İsrailin təhlükəsizliyi və iki dövlətin sülh içində yaşayışının tərəfdarıdır.

Seçilən
9
2
anews.az

7Mənbələr